Əsas səhifəNəqliyyatAZAL-ın prezidenti Cahangir Əsgərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb
PAYLAŞ

AZAL-ın prezidenti Cahangir Əsgərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Nəqliyyat 08 İyul 2022 19:00 1164

8 iyul 2022-ci il, Bakı – AZAL-ın prezidenti Cahangir Əsgərovun Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşü zamanı iki ölkə arasında mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfirlə görüşdə Cahangir Əsgərov ölkələrimiz arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanla Qətər arasında hava əlaqəsi iki ölkənin turizm potensialının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı çərçivəsində mühüm rol oynayır.

«Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə yeddi reys həyata keçirir. Həmçinin cari ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir», - deyə Cahangir Əsgərov qeyd edib.

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020