Əsas səhifəÖlkəQayda pozan piyadalarla profilaktiki söhbətlər aparılıb.
PAYLAŞ

Qayda pozan piyadalarla profilaktiki söhbətlər aparılıb.

Ölkə 25 iyul 2022 17:00 1071

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün inzibati binasında Baş İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparıb.

Şöbə rəisi son zamanlar piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayının çoxalmasının ciddi narahatlıq doğurduğunu, piyada vurma hadisələrinin çoxunun məhz piyada keçidlərindən kənarda qeydə alındığını vurğulayıb.

Belə xoşagəlməz halların baş verməməsi üçün piyadalara küçə və yolları nəzərdə tutulan yerlərdən keçmək, nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə almaq, sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmaq, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirərək onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlamaq, ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olmaq, həmçinin qəflətən avtomobil yoluna çıxmamaq, yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməmək, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymamaq tövsiyyə olunub.

Sonda piyadalara yol hərəkəti qaydalarına riayət olunması ilə  bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020