Əsas səhifəNəqliyyatADA Universitetinin təşkil etdiyi 7-ci yay düşərgəsinin iştirakçıları Agentliyin inzibati binasında və “BakuBus” MMC-nin istehsalat bazasında tanışlıq turunda olublar.
PAYLAŞ

ADA Universitetinin təşkil etdiyi 7-ci yay düşərgəsinin iştirakçıları Agentliyin inzibati binasında və “BakuBus” MMC-nin istehsalat bazasında tanışlıq turunda olublar.

Nəqliyyat 26 İyul 2022 12:37 2884

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin “Avtobus – məktəbliyə əsl dost!” layihəsi çərçivəsində ADA Universitetinin təşkil etdiyi 7-ci yay düşərgəsinin iştirakçıları Agentliyin inzibati binasında və “BakuBus” MMC-nin istehsalat bazasında tanışlıq turunda olublar.

  
Ekskursiyanın məqsədi məktəbliləri şəhər nəqliyyat sistemində görülən işlərlə tanış etmək, bu sahədəki müasir çağırışlar barədə məlumatlandırmaq və onlarda ictimai nəqliyyatdan istifadəyə maraq yaratmaqdır. Tanışlıq turu Bakı Nəqliyyat Agentliyinin inzibati binasından başlayıb. Burada iştirakçılara Agentliyin fəaliyyəti haqqında ümumi məlumat verilib. Sərnişindaşıma fəaliyyətinin tənzimlənmə şöbəsində olan məktəblilər Agentliyin Aparat rəhbəri Gülşən Rzayeva və Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərovla görüşüblər. Bakı küçələrində yol hərəkətinin təşkili barədə yeniyetmələrin fikir və təklifləri dinlənilib. Nəqliyyat könüllüləri isə məktəblilərə Agentliyin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirilən layihələrlərlə bağlı videotəqdimlar ediblər.

 

Tanışlıq turu çərçivəsində iştirakçılar “BakuBus” MMC-də də olublar. Burada məktəblilər avtobus sürücülərinin iş şəraiti, avtobusların təmiri və fəaliyyətinə nəzarət tədbirləri ilə əyani tanış olublar. Dispetçer otağında avtobusların izlənmə və idarə olunması, təmir mərkəzində avtobusların baxışdan keçirilmə prosesi məktəblilərin marağına səbəb olub.


Daha sonra “Sürücü Təlim Mərkəzi”nə yollanan iştirakçılar təlimçilərin bələdçiliyi ilə Mərkəzin inzibati binası, təlim otaqları, avtobus simulyatoru ilə tanış olublar. Təlimçinin simulyatordan istifadə ilə bağlı verdiyi izahatından sonra və onun birbaşa dəstəyi ilə düşərgə iştirakçıları simulyatorda özlərinin sürücülük qabiliyyətini sınaqdan keçiriblər.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020