Əsas səhifəNəqliyyatBNA rəsmiləri ilə STM nümayəndələrinin görüşü keçirilib
PAYLAŞ

BNA rəsmiləri ilə STM nümayəndələrinin görüşü keçirilib

Nəqliyyat 27 İyul 2022 14:37 956

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”-nın Tədbirlər Planının 4-cü prioritet istiqaməti (Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər) üzrə 9-cu tədbirdə,  “Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə rəsmi internet saytları və sosial şəbəkələr vasitəsilə mütəmadi elektron məmnunluq sorğularının keçirilməsi, bu prosesə vətəndaş cəmiyyəti institutlarının və ictimai şuraların cəlb edilməsi” nəzərdə tutulur. Sosial Tədqiqatlar Mərkəzi Tədbirlər Planının 4.9-cu bəndində göstərilən tədbirin əsas icraçısıdır.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”-nda göstərildiyi kimi “ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır”.

Bu tədbirlər kontekstində Sosial Tədqiqatlar Mərkəzində Bakı Nəqliyyat Agentliyi  Aparat rəhbəri Gülşən Rzayeva və İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasovla  STM-in icraçı direktoru, aidiyyatı işci qrupun rəhbəri Sahib Məmmədov və STM əməkdaşlarının görüşü baş tutub.

Görüşdə  BNA ilə STM arasında koordinasiya, gələcək əməkdaşlığın perspektivləri, ictimai nəqliyyatla bağlı rəy sorğularının əhəmiyyəti vurğulanıb. Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın genişləndirlməsi yolları, o cümlədən  əhalinin sərnişindaşıma fəaliyyətindən məmunluq göstərilərinin öyrənilməsi sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Əlaqələrin daha da dərinləşdirilməsi və eyni zamanda Milli Fəaliyyət Planı ilə bağlı müzakirələr aparılıb. STM əməkdaşlarının suallarını cavablandıran BNA rəsmiləri tədqiqatçılara lazım olan datalar mövzusunda köməklik göstərəcəyini vurğulayıb.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020