Avropa Mobillik Həftəsi ərəfəsində Bakı Nəqliyyat Agentliyi Nəqliyyat Könüllülərinin iştirakı ilə şəhərin bəzi küçə və prospektlərində təşkil edilmiş avtobus zolaqlarında "Bu zolaq avtobus üçündür, bəs sən avtobussan?" devizi altında maarifləndirmə aksiyası keçirib.
BNA əməkdaşlarının və Dövlət Yol Polisinin şəxsi heyətinin dəstəyi ilə Nəqliyyat Könüllüləri avtobus zolaqlarında hərəkət edən sürücülərin maarifləndirilməsi üçün əllərində xüsusi çağırışların əks olunduğu lövhələr tutub, sürücülərə zolaqlardan istifadə qaydaları haqqında təlimatların qeyd olunduğu bukletlər paylayıblar.
Qara Qarayev və Rəşid Behbudov küçələrində avtobus zolaqlarına daxil olaraq qayda pozuntularına yol verən sürücülərlə fərdi söhbətlər aparılıb. Avtobus zolaqları vasitəsilə gündəlik minlərlə sərnişinin təhlükəsiz, rahat və vaxtında daşınması, eləcə də operativ nəqliyyat vasitələrinin hərəkətinə əlverişli şəraitin yaradılması məqsədi ilə bu cür aksiyaların digər avtobus zolaqlarında da mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılır.
İctimai Nəqliyyat şəhər mobilliyinin əsasıdır. Onun davamlılığının təmin olunması üçün birlikdə çalışaq!
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər