Əsas səhifəNəqliyyatDaha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.
PAYLAŞ

Daha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.

Nəqliyyat 28 Noyabr 2022 16:35 1127

Müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Bu çərçivədə 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.


Məlumat üçün bildiririk ki, daxil olan vətəndaş müraciətləri əsasında 15, 147, 185, 186 və 213  nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.


Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020