Heydər Əliyev Mərkəzində yol hərəkəti qaydalarının təbliğinə həsr olunmuş intellektual yarış keçirilib
Ölkə
17 dekabr 2022 14:00
1530
Heydər Əliyev Mərkəzində paytaxtda yerləşən 55 orta ümumtəhsil məktəbini təmsil edən 350-dən çox şagird arasında intellektual yarış keçirilib. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə reallaşan tədbirdə komandalar yol hərəkəti qaydaları, avtomobillərin tarixi, yol nişanları və digər mövzular üzrə sualları cavablandırıb. Yarışın yekununda DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Mübariz Ağayevin də üzv olduğu münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib və onların mükafatlandırılması mərasimi keçirilib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər