Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin bayram ərəfəsində yol hərəkəti iştirakçılarına müraciəti
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin bayram ərəfəsində yol hərəkəti iştirakçılarına müraciəti

Ölkə 22 dekabr 2022 12:00 1472

Qarşıdan gələn bayram günləri ilə əlaqədar artıq yerli və respublika əhəmiyyətli avtomobil yollarında yük və sənişin daşıma fəaliyyətindəki artımla bağlı nəzərəçarpacaq intensivlik müşahidə olunmaqdadır. Bu hal təbii olsa da, təəssüf ki dəfələrlə edilən çağırışlara baxmayaraq, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.

Əsasən, yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun, yuxusuz halda bir neçə dəfə qət etməsi isə son nəticədə ağır yol qəzalarının baş verməsinə real zəmin yaradır.

Bununla yanaşı, istehsal ili köhnə olan nəqliyyat vasitələrinin yük və sənişin daşımalarında istifadə olunması, habelə daşımalar zamanı normativ tələblərin kobud şəkildə pozulması qəza ehtimalını dəfələrlə artırmaqla yanaşı, həm də belə nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinə də birbaşa təsir göstərir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməyi, hərəkət zamanı özü ilə yanaşı sərnişinlərinin də  təhlükəsizlik kəmərini bağlamasını təmin etməyi, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyi, yorğun, yuxusuz halda avtomobil idarə etməkdən çəkinməyi xahiş edir.

Unutmayaq ki, məslək və məramından asılı olmayaraq sükan arxasına əyləşən hər bir sürücünün həyat və sağlamlığı onun ailəsi, doğmaları üçün bütün maddi nemətlərdən daha qiymətlidir!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020