Baş DYP İdarəsinin qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığı uğurla inkişaf edir.
Ölkə
29 dekabr 2022 14:00
1619
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2023-cü il üçün elan ediləcək qrant müsabiqələrinə dair ictimai müzakirə təşkil olunub. Çoxsaylı dövlət qurumlarının və QHT-lərin dəvət aldığı tədbirdə bir sıra cari məsələlərə, o cümlədən müsabiqə mövzularının müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə iştirak edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Mübariz Ağayev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin fəaliyyətinə dəstək göstərilməsi istiqamətində təmsil etdiyi qurum tərəfindən görülən işlər barədə iştirakçılara məlumat verib, həmçinin Agentliyin 2023-cü ildə elan edəcəyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili” mövzusunda qrant müsabiqəsinə dair rəy və təkliflərini bildirib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər