Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 30-da Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib.
Qeyd edilən ərazidə aparılan yenidənqurma işləri çərçivəsində Mirzəağa Əliyev, Bəşir Səfəroğlu və Çingiz Mustafayev küçələrinin bir hissəsi də əsaslı təmir edilib. Küçələr Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib, işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilib.
Bu çərçivədə ərazidə 6 sarı döyünən işıq dirəyi, 96 yol nişanı, 115 tumba quraşdırılıb, 145 avtomobillik parklanma yeri və 11 məntəqədə piyada keçidi təşkil edilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər