Əsas səhifəÖlkəQeyri-iş günlərinin başa çatması ilə əlaqədar respublikanın avtomobil yollarında gözlənilən vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin tövsiyələri
PAYLAŞ

Qeyri-iş günlərinin başa çatması ilə əlaqədar respublikanın avtomobil yollarında gözlənilən vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin tövsiyələri

Ölkə 06 yanvar 2023 17:00 1633

Yeni ilin ilk həftəsində bayram günlərinin həftə sonu qeyri-iş günləri ilə ardıcıllıq təşkil etməsi qarşıdakı günlərdə paytaxtdan bölgələrə və əks istiqamətdə hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağından xəbər verir. Təhlükəsizlik baxımından, eləcə də proqnozlaşdırılan sıxlığının yol hərəkəti iştirakçılarının bayram əhval-ruhiyyəsinə təsirsiz ötüşməsi üçün səfərə hazırlaşan sürücü və sərnişinlərin bəzi tövsiyələrə əməl etməsi vacibdir.

Səfərə hazırlaşan sürücülər ilk növbədə nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər. Unutmaq olmaz ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir.

Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükün arxasına əyləşməkdən çəkinin. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin və nəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin. Bunun üçün respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Sərnişinlərə isə mənzil başına təhlükəsiz çatmaları üçün qanunla üzərilərinə düşən vəzifələri yerinə yetirməyi, sürücünün diqqətini yayındıran hərəkətlərdən çəkinməyi, nəqliyyatı idarəetmə zamanı onların əhval-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qayda pozuntularına biganə qalmamağı və qanunsuz sərnişindaşıma prosesinin iştirakçısı olmamağı tövsiyə edirik.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni ildə hər bir hərəkət iştirakçısına səadət və təhlükəsiz yol arzulayır!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020