Əsas səhifəNəqliyyatDaha 2 ünvanda yol hərəkəti və piyadaların təhlükəsizliyinin səviyyəsi artırılıb.
PAYLAŞ

Daha 2 ünvanda yol hərəkəti və piyadaların təhlükəsizliyinin səviyyəsi artırılıb.

Nəqliyyat 23 Yanvar 2023 09:56 1715

Bakı Nəqliyyat Agentliyi tərəfindən Uluqbəy küçəsinin Ağa Nemətulla və Faiq Yusifov küçələri ilə kəsişməsində təhlillər aparılmış, aşkar edilən problemlərin aradan qaldırılması məqsədilə təklif layihəsi hazırlanaraq icra edilib.

Layihədən əvvəl mövcud olan problemlər:

Yol kəsişmələrində hərəkət növbəliliyinin təmin edilməməsi, Nişan və nişanlanma xətlərinin çatışmazlığı; “Mübahisəli nöqtələrin” aradan qaldırılmaması; Piyada infrastrukturunun qənaətbəxş olmaması;    

Yol kəsişmələrində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlanaraq icra edilib. Layihənin icrasından sonra:

Yol kəsişmələrində svetofor vasitəsilə hərəkət növbəliliyi təmin edilib Müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün infrastruktur yaradılıb Nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar təşkil edilib.   

Yolayrıclarında hərəkət növbəliliyinin təmin edilməsi nəticəsində nəqliyyat ə piyadaların rahat, təhlükəsiz hərəkətinə şərait yaradılıb.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020