Bakı Nəqliyyat Agentliyi tərəfindən Uluqbəy küçəsinin Ağa Nemətulla və Faiq Yusifov küçələri ilə kəsişməsində təhlillər aparılmış, aşkar edilən problemlərin aradan qaldırılması məqsədilə təklif layihəsi hazırlanaraq icra edilib.
Layihədən əvvəl mövcud olan problemlər:
Yol kəsişmələrində hərəkət növbəliliyinin təmin edilməməsi, Nişan və nişanlanma xətlərinin çatışmazlığı; “Mübahisəli nöqtələrin” aradan qaldırılmaması; Piyada infrastrukturunun qənaətbəxş olmaması;Yol kəsişmələrində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlanaraq icra edilib. Layihənin icrasından sonra:
Yol kəsişmələrində svetofor vasitəsilə hərəkət növbəliliyi təmin edilib Müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün infrastruktur yaradılıb Nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar təşkil edilib.Yolayrıclarında hərəkət növbəliliyinin təmin edilməsi nəticəsində nəqliyyat ə piyadaların rahat, təhlükəsiz hərəkətinə şərait yaradılıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər