Əsas səhifəNəqliyyatDaha bir ünvanda yol təhlükəsizlik səviyyəsi artırılıb.
PAYLAŞ

Daha bir ünvanda yol təhlükəsizlik səviyyəsi artırılıb.

Nəqliyyat 27 Yanvar 2023 10:01 1274

Bakı Nəqliyyat Agentliyi tərəfindən Mikayıl Əliyev küçəsində, Azərbaycan Britaniya Kollecinin qarşısında təhlillər aparılmış, aşkar edilən problemlərin aradan qaldırılması məqsədilə təklif layihəsi hazırlanaraq icra edilmişdir.

Layihədən əvvəl mövcud olan problemlər:

 Yol kəsişmələrində hərəkət növbəliliyinin təmin edilməməsi,

 Nişan və nişanlanma xətlərinin çatışmazlığı;

 Mübahisəli nöqtələrin mövcudluğu;

 Piyada infrastrukturunun qənaətbəxş olmaması;

Layihənin icrasından sonra ərazidə yol kəsişməsində svetofor obyekti quraşdırılıb, müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib, infrastruktur işləri görülüb. Yeni səki və panduslar inşa olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.

Görülən işlərin əsas təsirləri olaraq;

Kəsişmənin buraxıcılıq qabiliyyəti artırılıb;

Hərəkət növbəliliyi təmin edilib;

Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizlik səviyyəsi artırılıb;

Piyada əlçatanlığı təmin olunub.

Nəqliyyat könüllüləri tərəfindən svetoforun iş rejimi barədə piyadalarla maarifləndirici söhbət aparılıb.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020