Əsas səhifəNəqliyyat2022-ci ildə yol təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlər icra ediilib.
PAYLAŞ

2022-ci ildə yol təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlər icra ediilib.

Nəqliyyat 31 Yanvar 2023 00:00 1377

Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən tədbirlər davam etdirilir. 2022-ci ildə paytaxtın 44 küçə və prospektində yol-nəqliyyat infrastrukturu ilə bağlı mühüm layihə reallaşdırılıb. 125 küçə və prospektdə 288 yeni eynisəviyyəli piyada keçidi təşkil edilib. 31 məntəqədə eynisəviyyəli piyada keçidi işıqlandırılıb. 38 məntəqədə isə piyada və nəqliyyat svetoforu quraşdırılıb. 54 küçə və prospektdə pandus, eləcə də qoruyucu tumbalar təşkil edilib. İl ərzində 44 küçə və prospektdə sürət həddi azaldılıb.

Görülən tədbirlər sayəsində Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinin illik statistikasında azalma müşahidə olunmaqdadır. Belə ki, 2021-ci illə müqayisədə paytaxt üzrə ümumi qəzaların sayı 15 % azalıb. Qəzalarda qeydə alınan ölüm sayı 11%, xəsarət sayı isə 14% az olub.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020