Vətəndaş müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən 8 Noyabr prospekti ilə Kazımağa Kərimov küçəsinin kəsişməsində nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilmişdir.
Layihədən əvvəl mövcud olan problemlər:
Ərazidə piyada keçidinin çatışmazlığı;
Sürücülərin sürət həddinə əməl etməməsi səbəbindən qəza risklərinin yüksək olması.
Görülən işlər çərçivəsində ərazidə svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib,səkilər və panduslar inşa edilib, zəruri yol nişanları və məhəccərlər quraşdırılıb və asfalt üzərində xəbərdaredici iki komponentli boyalar və digər nişanlanma xətləri çəkilib.
Görülən işlərin nəticəsi olaraq ərazidə:
Ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların təhlükəsizlik səviyyəsi artırılıb;
İnşa edilmiş səkilər, panduslar, xüsusilə svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular sayəsində piyadaların, həmçinin gözdən əlil şəxslərin əlçatanlığı təmin edilib;
Piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş vermə ehtimalı minimuma endirilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər