Əsas səhifəÖlkəDİN-in Baş Dövlət Yol Polisi İdarəsinin avtomobillərin çıxdaş olunması ilə bağlı əhaliyə MÜRACİƏTİ
PAYLAŞ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin avtomobillərin çıxdaş olunması ilə bağlı əhaliyə MÜRACİƏTİ

Ölkə 07 mart 2023 13:00 1415

Son zamanlar adlarında mexaniki nəqliyyat vasitəsi olduğuna görə ünvanlı dövlət sosial yardımını ala bilməmələri barədə Baş Dövlət Yol Polisi İdarəsinə daxil olan vətəndaş müraciətlərinin sayı artmaqdadır. Bu sahədə aparılan araşdırmalar göstərir ki, əksər hallarda belə müraciət müəllifləri uzun müddət əvvəl, hətta SSRİ dövründə adlarına dövlət qeydiyyatına alınmış avtomobil haqda məlumatsız olur və ya bu faktı xatırlamırlar. Mülkiyyətçisi olduğu, lakin hazırda istifadəyə yararsız, eləcə də faktiki sahiblik etmədikləri və ya kimin istifadəsində olması barədə məlumatsız olduqları nəqliyyat vasitələri ilə bağlı vaxtında tədbir görməyən vətəndaşlarımızın sonradan üzləşdikləri çətinlikləri aradan qaldırmaq isə bəzən mümkünsüz olur. Bir sıra hallarda isə belə faktlar cinayət və ya inzibati xarakterli hüquqpozmalara rəvac verir ki, bu da mülkiyyətçi üçün xoşagəlməz nəticələrə gətirib çıxarır.

Mövcud qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitələrinin çıxdaş edilməsi zamanı onların daimi uçotdan çıxarılması üçün dövlət qeydiyyatı həyata keçirilir. Bu məqsədlə, nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya etibarnamə əsasında onun üzərində sərəncam vermək hüququ olan şəxs tərəfindən avtomobil  dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnamələri ilə birgə aidiyyəti qeydiyyat-imtahan məntəqəsinə təqdim edilməlidir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda qeyd olunanları nəzərə alaraq, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, vətəndaşlarımızı nəqliyyat vasitələrinin çıxdaş edilməsi üçün həftənin bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan 17:00-dək Baş DYP İdarəsinin aidiyyəti qeydiyyat-imtahan məntəqələrinə dəvət edir.

Bildiririk ki, nəqliyyat vasitələrinin çıxdaş edilməsi ilə bağlı müraciətlər olduğu təqdirdə qeydiyyat hərəkətləri növbəsiz və qısa vaxt ərzində aparılacaqdır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020