Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişməsində hərəkətin təşkilinə dair dəyişikliklər həyata keçirilib.
Təhlillər əsasında O.Vəliyev küçəsinin birbaşa əlaqələndirilməməsi səbəbindən ictimai və digər nəqliyyat vasitələrinin izafi yürüşlərinin artması, Babək prospektindəki mövcud geriyə dönmə yerlərində sıxlıq hallarının yaranması və piyada keçidlərinin çatışmazlığı müəyyən olunmuşdur.
Görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib, nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib, müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib, infrastruktur işləri görülüb və yeni səki və panduslar inşa olunub.
Görülən işlərin nəticəsi olaraq:
O.Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib;
Nəqliyyat vasitələrinin izafi yürüş məsafəsi 2.5 km qısalıb;
Babək prospektindəki mövcud geriyə dönmə yerlərinin nəqliyyat yükü 50%-ə qədər azalıb;
Piyada əlçatanlığı və təhlükəsizliyi təmin edilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər