DİN BDYPİ-nin “Siqnal” İLİİ respublikanın şəhər və rayonlarında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir
Ölkə
13 aprel 2023 13:00
1586
Dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də DYP qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.
Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Gəncə, Qəbələ, Salyan, Neftçala, Cəlilabad, Tovuz və Bərdədə yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də svetofor obyektlərinə texniki qulluq həyata keçirilir.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər