Daha bir ünvanda yol təhlükəsizlik səviyyəsi artırılıb.
Nəqliyyat
18 Aprel 2023 18:00
1301
Cəfər Cabbarlı küçəsi ilə Bəsti Bağırova küçəsinin kəsişməsində nizamlanan yolayrıcı təşkil edilərək piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Belə ki, yol kəsişməsində həyata keçirilən tədbirlər nəticəsində yol kəsişməsində svetofor obyekti quraşdırılıb, müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Eyni zamanda nizamlanan eynisəviyyəli piyada keçidləri təşkil edilib
Layihənin icrası nəticəsində isə kəsişmənin buraxıcılıq qabiliyyəti artırılıb, hərəkət növbəliliyi təmin edilib və nəqliyyat vasitələrinin, həmçinin piyadaların təhlükəsizlik səviyyəsi artırılıb
Rəylər