DİN-in Baş DYP İdarəsinin moped sürücülərinə müraciəti
Ölkə
01 avqust 2023 12:00
1380
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir. Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq.
Eyni zamanda, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.
Bir daha sürücülərdən mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etmələri xahiş olunur.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər