Əsas səhifəÖlkəDİN-in Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçıları arasında ən az müdafiə olunan piyadalara MÜRACİƏTİ
PAYLAŞ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçıları arasında ən az müdafiə olunan piyadalara MÜRACİƏTİ

Ölkə 25 avqust 2023 16:00 1528

Yol qəzaları, o cümlədən piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələri təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə maddi və mənəvi itkilər hesabına başa gəlir. Bu gün hərəkət iştirakçıları arasında yol qəzalarında ən çox zərər çəkən yenə də piyadalardır. Belə ki, cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 37,3 faizi deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb.

Təəssüf ki, hələ də yeraltı, yerüstü, eləcə də eynisəviyyəli piyada keçidlərinin yaxınlığında piyadaların vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını bir daha gündəmə gətirir.

Hansısa yol sahəsində piyada keçidlərinin olmaması barədə haqlı narazılıqlar səsləndirildiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin istifadəsiz qalması deməyə əsas verir ki, piyadaların təhlükəsizliyi məsələsi hərəkətin təşkili, infrastruktur və digər amillərə yanaşı, həm də onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə bağlıdır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyri-şərtsiz əməl etməyi, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir.

Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020