Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir: texniki-təhlükəsizlik baxımından nasaz avtomobillərin istismarı yolverilməzdir!
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir: texniki-təhlükəsizlik baxımından nasaz avtomobillərin istismarı yolverilməzdir!

Ölkə 28.08.2024 21:15 243

Nəqliyyat vasitələrinin texniki sazlığının nəzarətdə saxlanılmaması, eləcə də vaxtında texniki qulluq göstərilməməsi son nəticədə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə rəvac verir.  

Təəssüf ki, azyaşlı qızın həyatını itirməsi ilə nəticələnən növbəti belə hadisə Bakı-Qazax avtomobil yolunda qeydə alınıb. Belə ki, qoşqulu yük avtomobilinin təkərinin partlaması səbəbindən minik avtomobili ilə toqquşma baş verib. Qəza nəticəsində minik avtomobilində olan azyaşlı qız həyatını itirib, onun anası, bacısı və digər qohumu isə xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020