Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına MÜRACİƏTİ
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına MÜRACİƏTİ

Ölkə 14.09.2024 18:35 66

Bu gündən yeni tədris ili başlayır. Bununla əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, polis, o cümlədən DYP tərəfindən  zəruri təşkilati-əməli işlər görülür, şəxsi heyət gücləndirilmiş iş rejimində çalışır. Lakin, yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər, yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə effektiv nəticə verə bilər.

Təsadüfi deyil ki, təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması, məhz həmin təhsil ocaqlarına gələn sürücülərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün təhsil ictimaiyyətini təbrik edir, bununla yanaşı təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələri ilə gələn sürücülərə, ələlxüsus övladlarını məktəbə şəxsi avtomobillə aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəslin yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020