Əsas səhifəÖlkəPiyadalar yol hərəkəti qaydalarının həyati vacib normalar olduğunu unutmamalıdırlar!
PAYLAŞ

Piyadalar yol hərəkəti qaydalarının həyati vacib normalar olduğunu unutmamalıdırlar!

Ölkə 23.09.2024 15:35 147

Piyadavurma hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından birbaşa asılıdır.

Yola saldığımız həftə ərzində 6 nəfərin həyatını itirməsi, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin hadisələrin mütləq əksəriyyəti sutkanın qaranlıq vaxtına təsadüf edib.

Sözsüz ki, bu nəticənin formalaşmasında yolun işıqlandırılması, yol infrastrukturun piyadalar üçün rahat və əlçatan olması kimi amillər də rol oynayır. Lakin, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi, bir sözlə öz həyat və sağlamlıqlarına qarşı aşkar biganəlik nümayiş etdirməsi sonda acı nəticələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə və hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020