Əsas səhifəÖlkəƏlverişsiz hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin MÜRACİƏTİ
PAYLAŞ

Əlverişsiz hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin MÜRACİƏTİ

Ölkə 25.09.2024 11:45 32

Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq sentyabrın 27-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020