Yollarda uşaq travmatizminin minimuma endirilməsi naminə daha bir addım atıldı
Ölkə
08.10.2024 17:00
450
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məktəblilər arasında yol hərəkəti qaydalarının təbliği məqsədilə həyata keçirdikləri birgə tədbirlər davam edir. Şagirdlərlə növbəti görüş bu dəfə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 nömrəli tam orta məktəbdə təşkil olunub. Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirak etdiyi görüşdə təhsilalanlara “Qırmızı, Sarı, Yaşıl” devizi altında icra olunan layihə barədə məlumat verilib. Tədbirdə çıxış edən Baş DYP İdarəsinin əməkdaşı Mübariz Ağayev hazırda respublikamızda həyata keçirilən “Diqqət, uşaqlar!” aylığı çərçivəsində bu qəbildən olan görüşlərin təşkilinin əhəmiyyətindən danışıb, uşaq və yeniyetmələrin yol hərəkəti qaydalarını erkən yaşlardan mənimsəməsinin vacibliyi qeyd edib, bu sahədə təhsilverənlərlə yanaşı valideynlərin də aktiv olmalarını tövsiyə edib.
Tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb, məktəblilərə hədiyyələr təqdim edilib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər