Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

Ölkə 22.10.2024 14:15 22

Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə, DYP əməkdaşları gecə saatlarından etibarən aidiyyəti qurumlarla birgə çalışır.

Bununla yanaşı, hazırda respublika əhəmiyyətli avtomobil yollarında YPX Alayının əməkdaşları tərəfindən nəqliyyatın intensiv hərəkəti təmin olunmaqla fasiləsiz xidmət aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020