Sürücü səhlənkarlığı daha bir sərnişinin həyatına son qoydu
Ölkə
25.10.2024 12:16
516
Görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən, yaxud avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərə meyilli olan sürücülərə rast gəlirik.
Ötən gün, saat 23:00 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Rəşad Qurbanovun idarə etdiyi “Hyundai” markalı avtomobil qarşıda gedən “Kamaz” markalı yük avtomobili ilə toqquşduqdan sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində R.Qurbanovun sərnişini - Yevlax rayon sakini, 66 yaşlı Vahid Babayev hadisə yerində həyatını itirib.
Belə qəzalar üçün xarakterik olan əlamətlər minik avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsindən, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi əməllərin sonda bərpası mümkün olmayan itkilərə yol açdığını bir daha xatırladır və sürücüləri yaşanan acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər