Əsas səhifəÖlkəSürücü səhlənkarlığı daha bir sərnişinin həyatına son qoydu
PAYLAŞ

Sürücü səhlənkarlığı daha bir sərnişinin həyatına son qoydu

Ölkə 25.10.2024 12:16 511

Görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən, yaxud avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərə meyilli olan sürücülərə rast gəlirik.

Ötən gün, saat 23:00 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən  keçən hissəsində Rəşad Qurbanovun idarə etdiyi “Hyundai” markalı avtomobil qarşıda gedən “Kamaz” markalı yük avtomobili ilə toqquşduqdan sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində R.Qurbanovun sərnişini - Yevlax rayon sakini, 66 yaşlı Vahid Babayev hadisə yerində həyatını itirib.

Belə qəzalar üçün xarakterik olan əlamətlər minik avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsindən, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi bu kimi əməllərin sonda bərpası mümkün olmayan itkilərə yol açdığını bir daha xatırladır və sürücüləri yaşanan acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020