Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciəti
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciəti

Ölkə 13.11.2024 17:20 43

Piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən profilaktiki tədbirlərin intensivliyinə baxmayaraq, təəssüf ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları arasında problemə yanaşma birmənalı deyil.

Cari ilin 10 ayı ərzində yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində qeydə alınan 23 yol qəzasında 9 nəfərin həyatını itirməsi, 15 nəfərin xəsarət alması deyilənləri təsdiq edir.

Dəfələrlə media subyektlərində, sosial şəbəkələrdə piyada məsuliyyətsizliyinin real görüntülərlə işıqlandırılmasına, rəsmi xəbərdarlıqların edilməsinə, maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanlara rast gəlirik ki, bu da onları yol qəzalarının qurbanına çevrir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, xüsusilə telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən  çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020