Əsas səhifəÖlkəQanunazidd əməllərini aqressiv davranışla ört-basdır etmək istəyən sürücü məsuliyyətə cəlb olundu
PAYLAŞ

Qanunazidd əməllərini aqressiv davranışla ört-basdır etmək istəyən sürücü məsuliyyətə cəlb olundu

Ölkə 10.01.2025 14:25 52

Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları Şəmkir rayon sakini Rəfayel Əliyevə idarə etdiyi “VAZ” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün “Saxla” işarəsi versə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə saxlanılan R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020