Əsas səhifəÖlkəDYP-nin stasionar postunda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb
PAYLAŞ

DYP-nin stasionar postunda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Ölkə 17.02.2025 17:20 122

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Salyan rayonu ərazisində yerləşən stasionar postunda “Hyundai” markalı avtomobil saxlanılıb. Sürücü A.Nadirovun qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd beşbarmaq aşkarlanıb. Sürücü nəqliyyat vasitəsi ilə birgə sonrakı araşdırma üçün ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin daha da gücləndirildiyini və kriminal meyilli şəxslərə qarşı qanunla nəzərdə tutulan ən kəsərli tədbirlərin görüləcəyini bildirir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020