Əsas səhifəÖlkəDağlıq rayonlarda yolların buz bağlaması çətinlik yarada bilər.
PAYLAŞ

Dağlıq rayonlarda yolların buz bağlaması çətinlik yarada bilər.

Ölkə 15.02.2025 17:20 123

Dağlıq və dağətəyi rayonlarda yoların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür.

Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir.

Baş Dövlət Yol Polisi İdarəsi  bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.

 

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020