Əsas səhifəÖlkəGözlənilən əlverişsiz hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına MÜRACİƏTİ
PAYLAŞ

Gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına MÜRACİƏTİ

Ölkə 14.04.2025 14:20 373

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, aprelin 14-dən 17-dək ölkə ərazisində hava şəraitinin leysan xarakterli  yağış və küləklə müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, avtomobilin texniki sazlığını nəzarətdə saxlamalıdırlar.

Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020