Əsas səhifəÖlkəBDYPİ-dən çağırış: Dəyər verdiklərinizi təhlükəyə atmayın!*
PAYLAŞ

BDYPİ-dən çağırış: Dəyər verdiklərinizi təhlükəyə atmayın!*

Ölkə 31.07.2025 11:50 29

Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. Təəssüf ki, bəzən valideynlər, xüsusilə də velosiped, moped və ya motosikletlə hərəkət edən şəxslər təhlükənin fərqində olmadan, azyaşlı övladlarını bu nəqliyyat vasitələrinin arxasında və ya əlavə oturacaq hissəsində daşımaqla onların həyatını ciddi təhlükə altına atırlar.

Unutmaq olmaz ki, azyaşlıların bədən quruluşu və refleksləri qəfil vəziyyətlərə qarşı müdafiəsizdir və yüngül sayılan bir zərbə belə ciddi xəsarətlərlə nəticələnə bilər.

Şübhəsiz ki, heç bir valideyn övladına zərər vermək istəmir – əksinə, onu çox sevir, qoruyur. Lakin bəzən edilən hərəkət – yəni təhlükə ehtimalı olan şəraitdə uşağı velosiped və ya motosikletlə aparmaq – bu sevginin əksi olan bir davranış kimi qiymətləndirilə bilər. Təhlükədən xəbərsiz körpə valideyninin məsuliyyətsizliyi ucbatından həyatını itirə və ya ömürlük iz buraxan xəsarətlərlə üzləşə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün valideynlərə və qəyyumlara çağırış edir:

Heç bir səbəb – tələsiklik, məsafənin yaxın olması və ya şəxsi rahatlıq – uşaqların həyatını təhlükəyə atmağa haqq qazandırmır. Qaydalara əməl etməklə faciədən yayınmaq mümkündür.

Unutmayın: sonrakı peşmançılıq – nə təhlükəni aradan qaldırır, nə də əzizlərinizi geri qaytarır!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020