Əsas səhifəNəqliyyatZığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 20 Noyabr 2025 23

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilir.


Qeyd edək ki, İnqilab İsmayılov küçəsindən Zığ şosesinə çıxmaq istəyən sürücülər 1500 metr məsafə qət edərək Gəncə prospekti ilə kəsişmənin yaxınlığındakı geriyədönmə yerindən istifadə etməli olurlar. Əks istiqamətdə isə Zığ şosesindən İnqilab İsmayılov küçəsinə daxil olmaq istəyən nəqliyyat vasitələri Hövsan şosesindəki dairəyə kimi 5,5 km izafi nəqliyyat yürüşü etməklə, yaxud Gəncə prospektində yaşayış binalarının daxili yollarından istifadə edir. Bu da həmin yolların yüklənməsinə səbəb olur.


Layihəyə əsasən, Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir. Təhlillərin nəticəsinə əsasən, İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədilə dəmir konstruksiyalı arakəsmələr götürülərək işıqforların quraşdırılması ilə nizamlanan yol kəsişməsi yaradılır.


Layihənin icrası ilə ərazidə nəqliyyat vasitələrinin hərəkəti asanlaşacaq.


Tətbiq ediləcək dəyişikliklər barədə videoçarxda tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=C7OrgZ8SHpc

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020