Əsas səhifəNəqliyyat3 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

3 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 19 Noyabr 2025 63

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Göyçay, Bakı-Lənkəran və Bakı-Astara avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.


Bakı-Göyçay marşrutu üzrə fiziki şəxs Əbilov Vüsal Sahib oğlu;

Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxslər Şahverdiyev Vüqar Aydın oğlu və Həsənli Mirnahid İqbal oğlu;

Bakı-Astara marşrutu üzrə fiziki şəxslər Həsənov Güləli Panəli oğlu və Həsənli Mirnahid İqbal oğlu qalib elan olunublar.


Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.


Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

 

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020