Əsas səhifəNəqliyyatŞəhər şosesində xüsusi hərəkət zolağı Heydər Əliyev prospektinə qədər uzadılır » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Şəhər şosesində xüsusi hərəkət zolağı Heydər Əliyev prospektinə qədər uzadılır » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 26 Noyabr 2025 260

Xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Məqsəd şəhər daxilində sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaqdır. Hazırda xüsusi hərəkət zolağının yaradılması Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir.


Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək həmin zolaq mövcud deyildi. Bu isə uzun müddət ictimai nəqliyyat vasitələrinin sıxlıqla qarşılaşmasına, avtobuslarda intervalın pozulmasına və minlərlə sərnişinin vaxt itkisinə səbəb olurdu. Sıxlığın ən çox yaşandığı məhz bu hissədə zolağın olmaması marşrutların fasiləsiz hərəkətinə ciddi maneə törədirdi. Bu səbəbdən yeni zolağın yaradılması zəruri idi.


Xüsusilə qeyd edək ki, ərazidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Bunun nəticəsində hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və xüsusi hərəkət zolağı təşkil edilib. Beləliklə 1-ci mərhələ üzrə işlər tamamlanıb. Xüsusi hərəkət zolağı Heydər Əliyev prospektinə qədər uzadılır. Layihə çərçivəsində, həmçinin səkilər təmir olunub. 


Şəhər şosesində zolağın təşkil edilməsi ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobusun daha rahat və maneəsiz hərəkəti təmin olunacaq. Bu, təkcə avtobus sürücülərinin işini yüngülləşdirmir, həm də gün ərzində minlərlə sərnişinin vaxt ikisinin qarşısını alır.


İctimai nəqliyyata üstünlük verən və hər gün işinə, dərsinə, evinə vaxtında çatmağa çalışan vətəndaşların rahat daşınmasına şərait yaradan bu cür xüsusi zolaqların əhəmiyyətini nəzərə alaraq, bütün hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.


Ətraflı: https://www.youtube.com/watch?v=jy1Fha1-MCE&t=3s

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020