Əsas səhifəNəqliyyatDaha iki küçədə mikromobillik zolağı təşkil edilir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Daha iki küçədə mikromobillik zolağı təşkil edilir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 18 Dekabr 2025 39


AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkəni genişləndirmək, zolaqların davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini, rahatlığını təmin etməkdir.


Hazırda paytaxtın Şıxəli Qurbanov küçəsində parklanma yerlərinin və hərəkət zolaqlarının sayı dəyişdirilmədən mikromobillik zolağı təşkil edilir. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir, yol nişanları quraşdırılır. Növbəti mərhələdə isə Cəfər Cabbarlı küçəsində bu tip zolaqlar təşkil ediləcək.


Mikromobillik zolaqlarının davamlılığının təmin edilməsi və şəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirilməsi nəzərdə tutulur.


Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir

 

 

 

 

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020