Əsas səhifəNəqliyyatAvtobuslarda yeni ödəniş üsulu sınaqdan keçirilir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Avtobuslarda yeni ödəniş üsulu sınaqdan keçirilir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 20 Dekabr 2025 23


Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttində (metronun “20 Yanvar” stansiyası – Sumqayıt şəhəri) tətbiq edilib.

Pilot layihə 1–3 gün müddətində sınaqdan keçiriləcək. Nəticələr təhlil edilməklə sistemin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bununla da Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay”  tam şəkildə tətbiq olunacaq.

Yeni sistem sərnişinlərə əlavə üstünlüklər də təqdim edir. Artıq nağd pul və ya fiziki BakıKart daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq  kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə, yalnız NFC dəstəkli bank kartları, həmçinin smartfon və “BakıKart”dan istifadə etməlidirlər.

Məlumat üçün bildirək ki, MasterCard və Visa kartları ilə ödəniş sistemi ölkə ərazisində bir sıra şəhərlərdə, o cümlədən Gəncə və Şamaxıda artıq tətbiq olunur.

 

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020