Əsas səhifəNəqliyyatPaytaxtda yeni parklanma yerləri təşkil edilib » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Paytaxtda yeni parklanma yerləri təşkil edilib » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 27 Yanvar 2026 208


 

Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.

Abbasqulu ağa Bakıxanov dairəsinin ətrafı, Maqsud Əlizadə, Seyid Yəhya Bakuvi və Arif Heydərov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.

Yaxın günlərdə Süleyman Sani Axundov, Səməd Vurğun, Əsəd Əhmədov, Akim Abbasov, Nəsirəddin Tusi və General Əliağa Şıxlinski küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.

 

 

 

 

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020