Əsas səhifəEkspertEkspert: "Piyada keçidlərində işıqlandırmanın təmin edilməsi təhlükəsizliyi artıracaq"
PAYLAŞ

Ekspert: "Piyada keçidlərində işıqlandırmanın təmin edilməsi təhlükəsizliyi artıracaq"

Ekspert 10 Fevral 2020 11:56 1784

2019-cu ildə Bakı şəhərində piyadaların vurulması ilə bağlı 334 fakt qeydə alınıb.

Avtosfer.az "MediaPost"-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamalarının birində deyib. Onun sözlərinə görə, hadisələrin 58,7%-i piyada vurulmaları ilə bağlıdır ki, bu da çox ciddi narahatlıq doğurur: "Piyada vurulması ümumi hadisələr arasında 334 fakt təşkil edir ki, nəticədə 122 nəfər həlak olub, 229 nəfər isə xəsarət alıb".

Həmçinin V. Əsədov piyadaların vurulması ilə baş verən qəzaların daha çox piyada keçidlərinin ətrafında və işıqlandırılmayan yerlərdə baş verdiyinə diqqət çəkib.


Bakı Nəqliyyat Agentliyi (BNA) isə Bakının Üzeyir Hacıbəyov və Puşkin küçələrindəki piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılmasına başlayıb. Həmçinin qurum qeyd edib ki, bu yenilik gələcəkdə digər yollarda xüsusən, ətraf kənd və qəsəbələrdəki yollarda da tətbiq ediləcək.

Bəs piyada keçidlərinin işıqlandırılmasının qəzaların və piyada ölümlərinin sayına təsiri necə olacaq?

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bildirib ki, piyada keçidlərində ümumi şəhər işıqlandırmasından əlavə işıqlandırma olmalıdır:

"Piyada keçidlərində ilk növbədə piyadanın yaxşı görüntüsünü təmin etmək vacibdir. Bir çox hallarda piyada keçidinin nişanını, zolağı daha görünən etmək istəyirlər. Lakin daha vacib məsələ keçidlə hərəhət edən piyadanı sürücünün daha yaxşı görməsi üçün müvafiq şəraitin yaradılmasıdır. Buna görə də, piyada keçidlərində ümumi şəhər işıqlandırmasından əlavə işıqlandırma olmalıdır".

"Piyada keçidlərində işıqlandırmanın təmin edilməsi təhlükəsizliyi artıracaq".

"Ən çox problemlər məhz işıqforla nizamlanmayan keçidlərdə yaşanır və burada əlavə işıqlandırmaya ehtiyac olur. Bu, Bakı şəhəri, xüsusilə də şəhərətrafı yerlər üçün çox aktual məsələdir. Çünki bəzi yerlərdə heç ümumi işıqlandırma da yoxdur. Buna görə də piyada keçidlərinin işıqlandırılması vacib məsələdir və bu addım təhlükəsizliyi artıracaq. Təbii ki, təhlükəsizlik yalnız bu amillə ölçülmür. Bu, bir çox kompleks tədbirlərdir ki, piyada keçidlərinin işıqlandırılması bu tədbirlərin bir hissəsidir", - deyə, ekspert bildirib.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020