Əsas səhifəEkspertEkspert: "Vikinq Qatarı"nın cəlbediciliyini artırmaq üçün infrastruktura davamlı investisiya qoyulmalıdır” - ŞƏRH
PAYLAŞ

Ekspert: "Vikinq Qatarı"nın cəlbediciliyini artırmaq üçün infrastruktura davamlı investisiya qoyulmalıdır” - ŞƏRH

Ekspert 17 Fevral 2020 14:59 2522
Alternativ marşrutlarla yüklərin çatdırılma müddəti 35-40 gün təşkil edir

Əlverişli coğrafi mövqedə olması Azərbaycanı bir çox əhəmiyyətli nəqliyyat dəhlizlərinin iştirakçısına çevirib. Bunlardan biri də "Vikinq Qatarı" layihəsidir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "Report"a verdiyi açıqlamada bu layihənin önəminin nədən ibarət olması, bu dəhlizə qoşulmağın ölkəmizə hansı üstünlüklər qazandırdığı və bunun səmərəliliyinin artırılması üçün hansı işlərin görülməsi barədə danışıb.
O bildirib ki, Azərbaycan üçün bu layihədə iştirak bölgədən gedən yükləri bir neçə marşrut üzrə şaxələndirmək imkanının olması baxımından önəmlidir.

"Bu layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu, Qara və Baltik dənizləri arasında ən qısa dəhlizdir. Azərbaycan bu marşruta qoşulmaqla Hindistan və İrandan gələn yükləri 20 günə, Çindən 16-18 günə Avropaya çatdırmaq imkanı əldə edir. Ölkəmiz bu layihədə mühüm rola malikdir. Belə ki, Ələt limanı ilə Gürcüstanın Poti limanı arasındakı dəmir yolunun alternativi yoxdur və ən qısa xətdir. Ona görə də bizim üçün bu layihədə iştirak ilk öncə bölgədən gedən yükləri bir neçə marşrut üzrə şaxələndirmək imkanının olması baxımından önəmlidir. Belə ki, Rusiya üzərindən gedən marşrutda hər hansı fors-major baş verdikdə yükləri dərhal digər xəttə yönəltməklə vaxtında təyinat yerinə çatdırmaq olar. Bu cür alternativlərin olması bizə əlavə üstünlüklər verir", - ekspert deyib.
Onun sözlərinə görə, layihənin iştirakçısı olan ölkələr vahid tarif siyasətini razılaşdırmaqla və gömrük rəsmiləşdirilməsi prosedurlarını sadələşdirərək 30 dəqiqəyə salmaqla bu xəttin üstünlüklərini artırdı: "Lakin layihənin cəlbediciliyini daha da artırmaq üçün Ələt limanı və ya Astara terminalı ilə Poti və Batumi limanları arasındakı dəmiryolu şəbəkəsi tam müasirləşməli, dövrün tələbinə cavab verməlidir. Bunun üçün isə həmin infrastruktura davamlı investisiyaların qoyulması vacibdir. Azərbaycan və Gürcüstan sərhədlərində gömrük prosedurları təkmilləşdirilərək daha sürətli keçidi təmin etməlidir. Daha çevik logistika zənciri formalaşdılmalıdır. Bütün bunlar sürətin artmasına və daşınma vaxtının azalmasına gətirib çıxaracaq. Nəticədə dəhlizə yeni yüklər cəlb etmək mümkün olacaq ki, bu da səmərəliliyin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq".
Xatırladaq ki, "Vikinq Qatarı" nəqliyyat dəhlizinin əsas məqsədi Skandinaviya ölkələrini Litva, Belarus və Ukrayna vasitəsilə Qara Dənizə birləşdirmək və buradan yüklərin Azərbaycan, İran, Mərkəzi Asiya ölkələri, Uzaq Şərq regionu və Hindistana çıxışını təmin etməkdir. Bu dəhliz üzrə yükün daşınması Hindistandan-Şimali Avropaya 20 gün ərzində, Çindən isə 16-18 gün ərzində həyata keçirmək mümkündür. Alternativ marşrutlarla yüklərin çatdırılma müddəti 35-40 gün təşkil edir. "Azərbaycan Dəmir Yolları" QSC bu layihəyə 2016-cı ildə qoşulub.

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020