Əsas səhifəEkspertEkspert: "Şagirdlərin ictimai nəqliyyatdan istifadəsi yoluxma sayını artıra bilər"
PAYLAŞ

Ekspert: "Şagirdlərin ictimai nəqliyyatdan istifadəsi yoluxma sayını artıra bilər"

Ekspert 07 Sentyabr 2020 09:50 2855

Təhsil eksperti Kamran Əsədov deyir ki, şagirdlər üçün xüsusi daşıma avtobusları olarsa və onlar qoruyucu maskalarla təmin olunarlarsa, məsələni nəzarətdə saxlamaq olar. 

Avtoyol.az xəbər verir ki, Azərbaycanda ali və orta məktəblərdə yeni tədris ili sentyabrın 15-də başlayacaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, istər Azərbaycanda, istərsə də dünyada yeni tədris ilinin başlaması qaçılmaz idi:

“Çünki məsafədən təhsil yetərincə keyfiyyətli və əlçatan deyil. Amma qeyd edim ki, məktəblərdə sanitar tələblər gözlənsə belə, şagirdlərin ictimai nəqliyyatdan istifadəsi yoluxma sayını artıra bilər. Şagirdlər üçün xüsusi daşıma avtobusları olarsa və onlar qoruyucu maskalarla təmin olunarlarsa, məsələni nəzarətdə saxlamaq olar. Məktəblilərin dərsə hissə-hissə və növbəli şəkildə getməsi də yoluxma sayını nəzarətdə saxlamağa imkan verəcək”.

Ekspert: "Şagirdlərin ictimai nəqliyyatdan istifadəsi yoluxma sayını artıra bilər"


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020