Əsas səhifəEkspertKöhnə avtobusların xəttə buraxılması qadağan edilməlidir - Ekspert
PAYLAŞ

Köhnə avtobusların xəttə buraxılması qadağan edilməlidir - Ekspert

Ekspert 09 Sentyabr 2020 14:12 2646

İctimai nəqliyyatın əsas növlərindən olan sərnişin avtobuslarında təhlükəsizliyin təmin edilməsi vacibdir.

Avtoyol.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, minik avtomobilindən fərqli olaraq avtobuslar onlarla sərnişin daşıyır və onların təhlükəsizliyinin yaxşı təmin olunması, kiçik bir səhvin buraxılmaması arzuolunandır:

"Azərbaycanda ictimai nəqliyyat tam formalaşmadığı və uzun illərdir hələ də köhnə avtobusların ümidinə qaldığımız üçün bu sahədə tam irəliləyiş əldə etmək mümkün olmayıb. Düzdür, son illər ölkə rəhbərliyinin göstərişi ilə Bakıya yeni avtobusların gətirilməsi ictimai nəqliyyatın yaxşılaşdırılması üçün atılan addımlardır. Amma bu, Bakı şəhərinin nəqliyyat yükünün cəmi 30 faizi deməkdir. Hazırda daşıyıcı şirkətlər də avtobus parklarını yeniləyir, amma yenə də köhnə avtobuslar qalmaqdadır. Köhnə avtobuslarda oturacaqların vəziyyəti, sürücülərin kobud davranışı və digər neqativ hallar müşahidə edilməkdədir. Ümumilikdə avtobus parkının köhnə olması sərnişinlər üçün ən böyük təhlükədir. Avtobus nə qədər köhnədirsə, orada risk daha yüksəkdir. Avtobuslarda nasazlıqdan yaranan hadisələr, yanğın, əyləc sisteminin qaydasında olmaması və sair. Yəqin ki çoxlarımıza sərnişin avtobusunun hərkətdə olarkən yana əyilməsi rast gəlib. Bu cür avtobusların xəttə buraxılması qadağan edilməlidir. Bu gün hələ də əksər daşıyıcı şirkətlərin qarajı yoxdur. Qarajlar olmadığından avtobuslara vaxtında texniki baxış keçirilmir, nəzarət olunmur. Əslində avtobus hər səhər xəttə buraxılmazdan əvvəl qarajda texniki müayinədən keçirilməli, onun sərnişin daşımağa yararlı olub-olmaması yoxlanılmalıdır".

Ekspert bildirib ki, avtobusda baş verən hadisəyə görə daşıyıcı və marşrut qarajına cavabdeh şəxs məsuliyyət daşıyır: "Bunun üçün qanunvericilikdə də kifayət qədər müddəa var. Avtobuslarda baş verəcək hər hansı hadisəyə görə məsul şəxs olmalıdır".

 

E.Muradlı qeyd edib ki, hazırda paytaxtla yanaşı, rayonlarda da vəziyyət qənaətbəxş deyil: "Bakıdakı marşrutlardan yığışdırılan avtobuslar rayonlara satılır və sahibkarlar tərəfindən istifadəyə verilir. Hazırda avtovağzallardan rayonlara işləyən "İkarus" markalı avtobusların əksəriyyəti istismara yarasızdır. Bu da konkret təhlükədir. Daşıyıcılar avtobus parklarını yeniləmir, yalnız pul qazanır. Bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var. Dövlət tərəfindən görülən işlərlə yanaşı, sahibkarlar da bu sahədə dönüş yaratmalıdır".


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020