Əsas səhifəAvtomobil YollarıSkoda yeni Fabia modelinin interyerini nümayiş etdirib - FOTO
PAYLAŞ

Skoda yeni Fabia modelinin interyerini nümayiş etdirib - FOTO

Avtomobil Yolları 20 May 2021 22:03 2185


Skoda şirkətinin Fabia modeli ilə bağlı apardığı tizer kampaniyası davam edir. Çex istehsalçısı dərc etdiyi növbəti tizerdə hetçbekin interyer dizaynını nümayiş etdirib. Yola saldığımız superminidən fərqli olaraq, subkompakt modelin dördüncü nəslinin interyeri tamamilə başqa dizayna malikdir, lakin burada daha iri Scala hetçbekinin və onun kross versiyası olan Kamiq modelinin tanış cizgilərinə rast gələ bilərsiniz.

Havalandırma sisteminin yumru formalı yan deflektorlarını çıxmaq şərti ilə, interyer dizaynı sizə tanış gələ bilər. Multimedia sisteminin planşeti, klimat-kontrolun idarəetmə bloku, ikiqollu sükan çarxı və VAG avtomobillərinə məxsus olan işıq düymləri dizaynerlərin Skoda şirkətinin hazırki interyer dizaynından uzaqlaşdıqları mənasına gəlmir. DSG transmissiyanının iri dəstəyi və əl əyləcinin ənənəvi qolu subkompakt modelin sadə MQB A0 platformasına əsaslandığından xəbər verir.

Rəqəmsal cihazlar paneli artıq Fabia modeli üçün əlçatan olsa da, əlavə ödəniş tələb edəcəkdir. Bu, hetçbekin sadə versiyalarının ənənəvi cihazlar paneli ilə təchiz ediləcəyindən xəbər verir. Üstəlik, burada təəəcüblü bir şey yoxdur - çünki daha iri Octavia modelinin sadə versiyaları da belə cihazlar paneli ilə təklif edilir.

Dərc edilmiş eskizə əsaslanaraq, hetçbekin salon genişliyi barədə mülahizə yürütmək çətindir, amma yeni Fabia modelinin öz seqmentində ən iri avtomobil olacağını nəzərə alsaq, bunun daxili məkana da müsbət təsir edəcəyini güman etmək olar. Xatırladaq ki, yen Fabia modelinin uzunluğu 4107 millimetr, eni - 1780 millimetr, hündürlüyü isə 1460 millimetr olacaqdır.

Skoda dizaynerləri ön panelinə üfüqi dekorativ zolağı və sağ tərəfdəki Fabia yazısını əlavə etməklə, hetçbekin interyerini canlandırmağa çalışıblar. Mərkəzi konsoldakı rəngli dizayn elementləri qapıların xrom dəstəkləri ilə birlikdə yeni modelin interyerini sələfi ilə müqayisədə daha müasir etmək vəzifəsini daşıyırlar.

Yeni Skoda Fabia modelinin təqdimatı gələn ayın əvvəlində keçirilməlidir. İlkin olaraq hetçbek kuzovlu Fabia modeli işıq üzü görəcəkdir. Universal kuzovlu versiya isə 2023-cü ildə debüt etməlidir. O zamana qədər, yeni hetçbek köhnə universal ilə paralel satılacaqdır.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020